Ceyhun Bayramov İrana gedir, Ruhani ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İran islam Respublikasında bir sıra rəsmi şəxslərlə görüş keçirəcəyi gözlənilir.
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İran islam Respublikasına səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, nazirin qonşu ölkədə bir sıra rəsmi şəxslərlə görüş keçirəcəyi gözlənilir.

Ceyhun Bayramov İrana səfəri zamanı bu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, İranın Prezidenti Həsən Ruhani, parlamentin sədri və digər rəsmi şəxslərlə görüş keçirəcək.