FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Daha bir ruhlar şəhərində gəzinti: Cəbrayıl 27 illik işğaldan sonra - FOTO

Sputnik

Cəbrayıl şəhəri və bütövlükdə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından bu ilin oktyabrında azad edildi. Ancaq gözəl şəhərdən, göz oxşadıqca uzanan bağlardan indi sözün hərfi mənasında heç nə qalmayıb. Ermənilər şəhəri talan edib, dağıdıblar. Cəbrayılın məşhur “Dostluq” bulağı da digər dini-mədəni abidələr kimi qəsbkarların “diqqət”indən kənarda qalmayıb. Cəbrayıl rayonuna dəvət olunan azərbaycanlı və əcnəbi jurnalistlər acı mənzərənin şahidi olublar: binaların ancaq bünövrələri, bəzilərinin isə ön divarları salamat qalıb. Mədəni irsdən əlamət belə saxlamayıblar. Hətta qəbristanlıq da erməni vandalizminin qurbanı olub.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda, Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Rayonda bir şəhər (Cəbrayıl), 4 qəsəbə (Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənd var.

1 / 15
Cəbrayıl rayonunda dağıdılmış ev
2 / 15
Cəbrayıl rayonundan keçən Araz çayının sahilində vağ quşları
3 / 15
Xudafərin körpüsü
4 / 15
Cəbrayıl rayonunda yenidən bərpa olunan "Dostluq" bulağı
5 / 15
Cəbrayıl rayonunda məhv edilmiş erməni tankı
6 / 15
Cəbrayıl rayonunda dağıdılmış ev
7 / 15
Cəbrayıl rayonunda məhv edilmiş erməni tankı
8 / 15
Xudafərin körpüsü
9 / 15
Cəbrayıl rayonunda dağıdılmış ev
10 / 15
Cəbrayıl rayonunda keçmiş erməni hərbi hissəsi
11 / 15
Cəbrayıl rayonunda dağıdılmış qəbristanlıq
12 / 15
Cəbrayıl rayonunda dağıdılmış evlər
13 / 15
Cəbrayıl rayonunda dağıdılmış Xudafərin kəndi
14 / 15
Cəbrayıl rayonunda avtomobil
15 / 15
DSX əməkdaşı Azərbaycan-İran sərhədində