SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı və Yerevan yaxın həftələrdə sərhədə görə danışıqlara başlaya bilər

Baş nazirin müavini Avinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında hüquqi sərhəd müəyyənləşməyib
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə danışıqlar böyük ehtimalla 2020-ci ildə başlayacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında hüquqi sərhəd müəyyənləşməyib: "Biz bu danışıqlar üçün əsas olacaq bütün hüquqi sənəd və xəritələri qaldırmışıq. Yaxın həftələrdə danışıqlar baş tutacaq".