BAKI, 9 dekabr — Sputnik. Müğənni Dilarə Kazımova görkəmli şairə Xurşidbanu Natəvanın obrazını canlandırıb.
Sputnik Azərbaycan xəbər verir ki, o, modelyer Gülnarə Xəlilovanın hazırladığı libasdan istifadə edərək kamera qarşısına keçib.
Dilarənin makiyajını Elya Həmid, fotolarını isə Elmir Abbasov ərsəyə gətiriblər.
Layihədə Xalq artisti Əminə Yusifqızının ifasında Xurşidbanu Natəvanın qəzəlləri əsasında hazırlanmış 1974-cü ilə aid radio-kompozisiya video formatında təqdim olunub.