SƏHİYYƏ

Ermənistanda daha 28 nəfər koronavirusdan ölüb

Ümumilikdə Ermənistanda bu virusdan ölənlərin sayı 2372-yə çatıb. Xəstəlikdən sağalanların sayı 119147 nəfər olub
Sputnik

BAKI, 8 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 142928-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 584 nəfər artıb. Ermənistanda son gündə daha 28 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2372-yə çatıb. Xəstəlikdən sağalanların sayı 119147 nəfər olub. Hazırda bu ölkədə 20812 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 67,5 milyonu keçib, 1,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.