Hər iki gəmi “Şimal Axını-2” kəmərinin tikintisini tamamlamağa qadirdir. Rusiya-Avropa layihəsinin taleyi ABŞ-ın təzyiq və sanksiyalarına görə sual altında qalıb. Daha öncə Vaşinqton layihəyə qarşı məhdudiyyətlər qoyub və iştirakçılardan dərhal kəmərin tikintisini dayandırmağı tələb edib. Yeni qaz kəmərinin Rusiya qazını Baltik dənizi vasitəsilə Almaniyaya, daha sonra isə digər Avropa ölkələrinə çatdırması nəzərdə tutulub. ABŞ isə fəal olaraq layihəyə qarşı çıxır, belə ki, kəmər ölkənin iqtisadi maraqlarına çox böyük zərbə vurur.