Türkiyə Azərbaycana yeni səfir təyin edib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın missiyası başa çatıb. Onu Ahmet Demirok əvəz edəcək.
Sputnik

BAKI, 8 dekabr - Sputnik. Türkiyənin Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, yeni səfir Ahmet Demirok olacaq.  

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Türkiyənin Serbiyadakı, Hasan Murat Mercan isə ABŞ-dakı səfiri təyin edilib.

Qeyd edək ki, hazırda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoraldır.