CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi dərmanları həkimsiz qəbul etməyin - Fəsadlara səbəb olan daha bir amil də budur

"Belə olan halda xəstələrdə ciddi fəsadlar ola bilər. Antibiotiklər, antiviral dərmanları da həkim məsləhəti olmadan qəbul etmək olmaz" - Y.Qarayeva
Sputnik

BAKI, 8 dekabr — Sputnik. "Ev şəraitində vitamin preparatları, bəzi qan durulaşdırıcı dərmanlardır ki, xüsusi qrup şəxslər onları mütəmadi olaraq qəbul edirlər. Lakin başqa vətəndaşlar qan durulaşdırıcını mütləq olaraq həkim məsləhəti ilə almalıdırlar. Dozanı da həkim təyin etməlidir ki, hansısa ağırlaşmalar olmasın". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB rəsmisi Yaqut Qarayeva Nazirlər Kabineti yanıda Operativ Qərargahın bu gün jurnalistlər üçün keçirilən brifinqində deyib.

O bildirib ki, belə xəstələrə yataq rejimi və bol maye qəbulu tövsiyə edilir. Y.Qarayeva qeyd edib ki, hormonal preparatlar və steroidləri həkim təyinatı olmadan qəbul etmək olmaz: "Deksometazon bütün ölkədə çox ciddi şəkildə istifadə olunur, apteklərdə də çox tövsiyə olunur, bu, düzgün deyil. Belə olan halda xəstələrdə ciddi fəsadlar ola bilər. Antibiotiklər, antiviral dərmanları da həkim məsləhəti olmadan qəbul etmək olmaz".