CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsuda evində oturmayan COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb

Hər üç şəxs barəsində Ağsu RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Sputnik

BAKI, 8 dekabr — Sputnik. Ağsuda Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Ağsu rayon sakinləri - Cövdət və Rüfət Həsənov qardaşlarının və Sənani Əhmədovun COVID-19 testlərinin nəticələri pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb. Buna baxmayaraq həmin şəxslər qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər və digərlərinin də sağlamlığına real təhlükə yaradıblar. Keçirilən tədbirlər nəticəsində onların rayon ərazisində olduqları yerlər müəyyən olunub. Həmin yerlərə həkim briqadası dəvət edilib və polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara geri göndəriliblər.

Hər üç şəxs barəsində Ağsu RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.