CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç yüzədək COVID-19 xəstəsinə cinayət işi açılıb

H.Hacıyev bildirib ki, onlardan 7-nə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün istintaqı tamamlanaraq məhkəməyə verilib, 235-nin istintaqı davam etdirilir
Sputnik

BAKI, 8 dekabr — Sputnik. "Bu il ərzində COVID-19 ilə əlaqədar olaraq ev şəraitində müalicə alaraq yaşadığı yeri tərk edən 266 şəxs barəsində cinayət işi açılıb". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, onlardan 7-nə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün istintaqı tamamlanaraq məhkəməyə verilib, 235-nin istintaqı davam etdirilir.