BAKI, 7 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:
polkovnik Ağamir Əzizxan oğlu Sultanova
polkovnik Anar Təvəkkül oğlu Kərimova
polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə
polkovnik Zaur Sabir oğlu Məmmədova.