MƏDƏNİYYƏT

Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb

Xatırladaq ki, may ayında milyarder Elon Maskın "SpaceX" şirkəti bir ilk edərək, kosmosda Tom Kruzun iştirakı ilə film çəkməyi planlaşdırdığını açıqlamışdı. Layihədə NASA-nın da iştirakı vurğulanmışdı
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Hollivud aktyoru Tom Kruz "Mission: Impossible" franşizasının son hissələrindən birində çəkiliş aparmaq üçün kosmosa uçmağı planlaşdırır.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, aktyorun planının icrası üçün külli miqdarda pul xərcləməyə hazır olduğu və bu barədə artıq NASA nümayəndələri ilə danışıqlar apardığı qeyd olunur.

Onlar da öz növbəsində Kruzu bu missiyanın olduqca mümkün olduğuna inandırıblar.

Xatırladaq ki, may ayında milyarder İlon Maskın "SpaceX" şirkəti bir ilk edərək, kosmosda Tom Kruzun iştirakı ilə film çəkməyi planlaşdırdığını açıqlamışdı. Layihədə NASA-nın da iştirakı vurğulanmışdı.