Azərbaycan Silahlı Qüvvələrinin torpaqların azad edilməsi üzrə 44 gün davam edən əks-hücum əməliyyatı Azərbaycanın qələbəsi ilə bitib. İlk günlərdən Ermənistan ordusunun çoxsayda zirehli texnikası sıradan çıxarılıb. Lakin, geriyə çəkilən Ermənistan SQ yolları minalayıb, tikililəri dağıdaraq şəhər və rayonları xarabalıqlara çevirib. Nəticədə işğaldan azad edilmiş torpaqların 80-85 faizi hələ də minalara görə təhlükəlidir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarının sözlərinə görə, ərazini partlamamış sursatlardan təmizləmək üçün illər lazımdır. Bundan əlavə, müharibə zamanı Ermənistan ordusu dinc şəhərləri də atəşə tutub ki, nəticədə mülki şəxslər vəfat edib. Bu şəhər və kəndlərdə mərmilərin izləri və dağılmış evlər müharibənin dəhşətləri və ermənilərin nankorluğu barədə xatırladacaq.