SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Liderlər Qarabağdakı vəziyyəti müzakirə etdilər

Hər iki dövlət başçısı Qarabağda gedən hərbi əməliyyatlardan zərər çəkmiş yerli əhalinin problemlərinin həllinin vacib olduğunu vurğulayıblar.
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın Federal Kansleri Angela Merkel arasında telefon danışığı olub. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən yaydığı xəbərə görə, bu barədə Kremldən məlumat verilib. Hər iki dövlət başçısı ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

Putin və Merkel Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Rusiya prezidenti Merkeli hərbi əməliyyatların dayandırılması və sülhməramlıların fəaliyyəti barədə məlumatlandırıb. Hər iki dövlət başçısı Qarabağda gedən hərbi əməliyyatlardan zərər çəkmiş yerli əhalinin problemlərinin həllinin vacib olduğunu vurğulayıblar. Rusiya və Almaniya liderləri beynəlxalq humanitar yardım təşkilatlarının bu işə cəlb olunmasının əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.