Hesablama Palatasına yeni sədr təyin ediləcək

Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasında Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirə olunacaq
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. Hesablama Palatasına yeni sədr təyin ediləcək.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasında Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirə olunacaq.

Plenar iclasda Mülki Məcəllədə, “Əmanətlərin tam sığortalanması haqqında”, “Əmanətlərin sığortalanması haqqında” və digər qanunlarda dəyişikliklərə də baxılacaq.