BAKI, 7 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,16 dollar geriləyərək 49,09 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 46,07 dollar olub.
Ötən həftə Azərbaycan neftinin bir barelinin orta qiyməti 48,89 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.