BAKI, 7 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-u İrana səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.
Qeyd olunur ki, Ceyhun Bayramov qonşu ölkəyə səfəri zamanı bu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, İranın Prezidenti Həsən Ruhani, parlamentin sədri və digər rəsmi şəxslərlə görüş keçirəcək.