BAKI, 7 dekabr — Sputnik. Bir sıra ölkələr, o cümlədən Rusiya istehsalı olan S-400 "Triumf" zenit-raket kompleksləri olan ölkələr S-500 "Prometey" Hava hücumundan müdafiə sistemlərinin alınmasında maraqlıdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Rostex" dövlət korporasiyasının Baş direktoru Sergey Çemezov bildirib.
Qeyd edək ki, S-400 zenit-raket kompleksləri hazırda Çin və Türkiyədə silahlanmada var, həmçinin onun Hindistana tədarükünə dair müqavilə var.
"Maraq (xarici alıcılar tərəfindən – red.) var, lakin onların kim olduğunu deməyəcəyəm. Onlar arasında bizdən S-400-ü artıq alanlar da var", - deyə Çemezov qeyd edib.
O, həmçinin vurğulayıb ki, Rusiya ordusu S-500-lərlə təchiz olunmayana qədər bu sistemlər xaricə satılmayacaq.
Qeyd edək ki, hədəfləri 600 kilometrə qədər məsafədə effektiv şəkildə məhv edə bilən S-500 "Prometey" zenit raket sistemi Rusiyada döyüş növbətçiliyinə hələ 2021-ci ildə başlayacaq.