CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdaşdan Bakıya getmək istəyən koronavirus xəstəsi saxlanılıb

Əhmədovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə alsa da o, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və Bakı şəhərinə getmək istəyərkən saxlanılıb. Koronavirus xəstəsi yaşadığı evə geri qaytarılıb.
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və evdə müalicə alan koronavirus xəstələri yoxlanılan zaman rayonun Sadavat kənd sakini Tahir Əhmədovun yaşadığı ünvanı tərk etdiyi məlum olub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Əhmədovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə alsa da o, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və Bakı şəhərinə getmək istəyərkən saxlanılıb. Koronavirus xəstəsi yaşadığı evə geri qaytarılıb.

İnfeksiyanın yayılmasına şərait yaradan və digərlərinin də sağlamlığını təhlükə altında qoyan T.Əhmədov barəsində Ağdaş Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.