CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə müharibə veteranları və şəhid ailələri ilə bağlı dinləmə keçiriləcək

İclasın gündəliyinə koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri ilə bağlı dinləmə də daxil edilib. 
Sputnik

BAKI, 6 dekabr - Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair komitə daxilində dinləmə keçiriləcək. 

APA-nın məlumatına görə, bu barədə məsələ komitənin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib. 

Həmçinin, iclasın gündəliyinə koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri ilə bağlı dinləmə də daxil edilib. 

Eyni zamanda iclasda "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə ediləcək. 

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib.