SƏHİYYƏ

Britaniyada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılır

Peyvənd, ilk növbədə, səhiyyə işçiləri, 80 yaşdan yuxarı olanlar və qocalar evi işçilərinə tətbiq olunacaq.
Sputnik

BAKI, 6 dekabr - Sputnik. Bu həftə Böyük Britaniyada 50 xəstəxanada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq.

"Qafqazinfo" xəbər verir ki, peyvənd, ilk növbədə, səhiyyə işçiləri, 80 yaşdan yuxarı olanlar və qocalar evi işçilərinə tətbiq olunacaq.

Peyvənd dozaları soyuducu qabların köməyi ilə Belçikadan krallığa gətirilib.