BAKI, 6 dekabr — Sputnik. Bir müddət əvvəl məşhur türk müğənnisi Bülənt Ərsoy yenidən azərbaycanlı stilist Anar Ağakişiyevə müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, Anar sənətçi üçün yenidən fərqli makiyaj edib.
Stilist B.Ərsoyla birlikdə olan fotolarını sosial şəbəkədə yayımlayaraq "Səni sevirəm" qısa şərhini yazıb. Dəyişim "Instagram" izləyicilərinin marağına səbəb olub. Qeyd edək ki, stilist bundan öncə də Bülənt Ərsoyun imicini dəyişmişdi.