CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adil Qeybulla: “Sərt karantin tədbirləri həll yolu deyil”

Professor, həkim Adil Qeybulla deyir ki, yoluxmanın sayı çoxdur və vəziyyət artıq kollektiv immunitetin yaranmasına doğru gedir
Sputnik

“Elə məqam gəlib çatıb ki, sərt addımlar atılmalıdır”. Bunu  Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev brifinqdə deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, sərt karantin tədbirlərinin tədbiq edilməsi üçün artıq gecdir:

“Yoluxmanın sayı çoxdur və vəziyyət artıq kollektiv immunitetin yaranmasına doğru gedir. Real yoluxma sayı rəsmi rəqəmlərdən qat-qat yüksəkdir. Sərt karantin tədbirlərinin həll yolu olacağını düşünmürəm. Təbliğat işlərini gücləndirmək lazımdır”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz