SƏHİYYƏ

Azərbaycanda koronavirus: bir sutkada 4323 xəstə aşkarlandı

Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib
Sputnik

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib. Aktiv xəstə sayı 54750 nəfərdir.

Ölkədə son sutka ərzində 20778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.