Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gedib

Dövlət başçısı "Əbədi məşəl" kompleksi önünə əklil qoyub və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını bildirib.
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını bildirib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən bu gün saat 12:00-da Azərbaycanın hər yerində şəhidlər bir dəqiqəlik sükutla yad edilib. 

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.