Trampın qızı böyük siyasətə gəlir

Nəşr xatırladır ki, 4 il ərzində prezidentin müşaviri postunda işlədiyi zamanda İvanka Tramp "Amerikanı yenidən böyük edək" proqramının müdafiəçisi olub.
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın müşaviri və qızı atasının bu postdan getməsindən sonra öz siyasi karyerasına başlaya bilər. Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ-ın Washington Post qəzeti Tramp ailəsinə yaxın mənbələrə istinadən xəbər verir.

Qeyd olunur ki, Trampın qızı prezident seçkilərdə namizəd olub-olmayacağı barədə suala birbaşa cavab verməkdən yayınır.

Nəşr xatırladır ki, 4 il ərzində prezidentin müşaviri postunda işlədiyi zamanda İvanka Tramp "Amerikanı yenidən böyük edək" proqramının müdafiəçisi olub.