CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil olan rayonlar

Qarabağ Regional Ədliyyə İdarəsinin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır.
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin "Facebook" səhifəsində bu gün təşkil olunan canlı yayımda nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır.