CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Virtual məktəb"lə bağlı statistika açıqlandı

Bir milyondan artıq şagirdə yüz iyirmi dörd mindən çox müəllim dərs keçib. Bir həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 009 195 təşkil edib
Sputnik

 

BAKI, 2 dekabr — Sputnik. Ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb"in əhatə dairəsi genişlənməkdədir. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 22-28 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 328 168, müəllimlərin sayı 124 632, aktiv istifadəçi sayı 940 454, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 009 195 təşkil edib.