CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad olunan ərazilərə yeni marşrut xətləri açılacaq

Həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili və müntəzəm şəhərlərarası sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanın işğaldan azad olunan ərazilər ilə digər şəhərlərin əlaqələndirilməsi üçün yeni marşrut xətləri açılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Xəbərdə qeyd olunur ki, həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur. Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək".