BAKI, 2 dekabr — Sputnik. Hazırda Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin tikintisi aparılır.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
"Çox qısa bir müddətdə yoldaşlarımız orada xidmət aparacaqlar. Türk və rus generalı birlikdə işləyəcək. Orada Türkiyə və Rusiya zabitləri atəşkəsə nəzarət edəcək, onun davamlı olması üçün birlikdə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, bizim azərbaycanlı qardaşlarımızla tədris, təlim mövzusunda işlərimiz də davam edir. İnşallah, bu məsələlərdə əlimizdən gələn nə varsa qardaşlarımıza edəcəyik və sonuna qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın".