Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 2 dekabr — Sputnik. 40 gün əvvəl müharibə bölgəsində itkin düşən Həmzəyev Musa Xalid oğlunun acı xəbəri doğulduğu kəndə nəşindən qabaq gəlib çatıb. O, bu gün Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb. Beləliklə, Rəhimli kəndi vətən müharibəsində üçüncü şəhidi ilə vidalaşıb.
Musa Həmzəliyev 2001-ci ildə anadan olub. 40 gün əvvəl doğmalarına onun itkin düşdüyü barədə xəbər gəlib. Musanın cansız bədəni isə ailəsinə bu gün təhvil verilib. Qeyd edək ki, şəhidimiz Axıska türküdür.