Ceyhun Bayramovla Sergey Lavrov nədən danışıblar?

Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatını, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.
Sputnik

BAKI, 2 dekabr - Sputnik. Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentinə istinadla xəbər verir ki, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatını, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.