SƏHİYYƏ

Ermənistanda bir gündə 29 nəfər koronavirusdan öldü

Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2193 -ə çatıb. Xəstəlikdən sağalanların sayı 110365 nəfər olub.
Sputnik

BAKI, 1 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 135967-ə çatıb. Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 843 nəfər artıb.

Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2193 -ə çatıb. Xəstəlikdən sağalanların sayı 110365 nəfər olub. Hazırda bu ölkədə 23976 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 63,2 milyonu keçib, 1,47 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.