CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb

Avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Sputnik

BAKI, 1 dekabr — Sputnik. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi aparılaraq yekunlaşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edir.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilmişdi.