RUSİYA

NATO ölkələrinin rəsmiləri toplanırlar – Gündəmdə Qarabağ da var

Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük
Sputnik

BAKI, 30 noyabr — Sputnik. NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 1-2 dekabr tarixlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının iclasında Rusiyanın hərbi mövqelərinin güclənməsini müzakirə edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq qeyd edib.

"Nazirlər Rusiyanın hərbi aktivliyinin genişlənməsinə cavab olaraq bizim nə edə biləcəyimizi müzakirə edəcəkər. Rusiya öz nüvə arsenalını modernləşdirir və yeni raketlər yerləşdirir, Uzaq Şimaldan Liviya və Suriyaya yeni qüvvələr yerləşdirir. Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük", - deyə Stoltenberq qeyd edib.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının xarici işlər nazirləri səviyyəsində görüşü videokonfrans formatında keçiriləcək.