CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANAMA direktoru vətəndaşları şübhəli əşyalara toxunmamağa çağırdı

Dərhal agentliyin mütəxəssislərindən ibarət əməliyyat axtarış qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılan tədqiqat
Sputnik

BAKI, 30 noyabr — Sputnik. "Bildiyiniz kimi, 2020-ci il 14 noyabr tarixində saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alıxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidən Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər. Partlayış zamanı Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov danışıb.

Füzulidə dəhşətli faciə: Beş nəfər minaya düşərək həyatını itirib

Q. Əhmədovun sözlərinə görə, qeyd olunan mülki vətəndaşların təxliyəsi üçün agentliyin əməkdaşları həmin əraziyə cəlb olunublar: "Təxliyə zamanı Asif Əhmədov ərazidən çıxarılıb, Yasin Əhmədovun təxliyə zamanı isə agentliyin minaaxtaranı Asəf Mürsəl oğlu Xudiyev öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb. Nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çox sayda qəlpə yarası alıb.

28 noyabr saat 15:10 radələrində Füzuli rayonun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidən mina hadisəsi baş verib. Nəticədə Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudduin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu Adilzadfə Zibeydi Şakir qızı hadisə yerində vəfat ediblər. Hadisə barədə məlumat daxil olub. Dərhal agentliyin mütəxəssislərindən ibarət əməliyyat axtarış qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılan tədqiqat zamanı 90 BL-558 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub. Aparılan xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq, meyitlər ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd etmək istəyirik ki, vətəndaşların təhlükəli ərazilərə daxil olmamaları və şübhəli əşyalara toxunmamaları barədə maarifləndirmə fəaliyyətləri, əsasən də Partlayıcı Sursatların təhlükəsinə dair Maarifləndirmə (PSTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla, mina, partlamamış sursat, müharibənin partlayıcı qalıqları (MPQ) və tərkibində partlayıcı olan qurğuların təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasının, onların xəbərdar edilməsini nəzərdə tutmaqdır".