KİV: SEPAH komandirini İraqda öldürdülər

Al-Arabiya telekanalının məlumatına görə, hadisə bazar günü olub. Pilotsuz uçan aparat Şahdanın olduğu avtomobili hədəf alıb
Sputnik

BAKI, 30 noyabr - Sputnik. RT Arabic telekanalı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Müslüm Şahdanın İraqın qərbində, Suriya ilə sərhəddə öldürüldüyünü bildirib.

Al-Arabiya telekanalının məlumatına görə, hadisə bazar günü olub. Pilotsuz uçan aparat Şahdanın olduğu avtomobili hədəf alıb. Avtomobil həmin vaxt "Əl-Kaim" komanda-buraxılış məntəqəsini keçibmiş. Bildirilir ki, Şahdanı müşayiət edən üç nəfər də onunla birlikdə həlak olub. 

Livanın Al-Mayadeen telekanalı isə SEPAH komandirinin öldürülməsi xəbərini təkzib edib.