Amerikalı əsgərlərə "ortabab" qiymət qoydular

Müəlliflər təxmin edirlər ki, Amerika hökuməti yaxın vaxtlarda diqqəti hərbi xərclərə deyil, sosial proqramlara yönəltməyi planlaşdırır
Sputnik

BAKI, 30 noyabr - Sputnik. Amerikanın The Daily Signal jurnalı yazır ki, öz maraqlarını hərtərəfli qorumaq üçün ABŞ-ın gücü yetməyə bilər.

Nəşr müvafiq nəticəyə "İrs" fondundan aldığı "ABŞ-ın 2021-ci il üçün hərbi qüvvə indeksi" barədə məlumatları analiz edərək gəlib. Bu indeks ölkənin milli maraqlarını müdafiə etməyə hazırlıq, eləcə də xaricdən olan təhlükələrə qarşı müqavimət səviyyəsini əks etdirir.

Analizdən belə qənaətə gəlmək olur ki, dəniz piyadaları korpusu ilə HHQ, eləcə də quru qoşunları "ortabab" qiymətə layiqdirlər. Sonuncuların döyüş qabiliyyəti isə ümumiyyətlə "zəif" kimi dəyərləndirilib. Qiymətləndirməyə görə, ABŞ-ın hərbi-dəniz qüvvələri də ölkənin maraqlarını qoruya bilməyəcək səviyyədədir.

Müəlliflər təxmin edirlər ki, Amerika hökuməti yaxın vaxtlarda diqqəti hərbi xərclərə deyil, sosial proqramlara yönəltməyi planlaşdırır. Bu isə, müəlliflərin fikrincə, milli təhlükəsizlik sahəsindəki strategiyanı gerçəkləşdirməyə mane olacaq.