SƏHİYYƏ

COVID-dən dünyasını dəyişənlərin sayı milyon yarıma yaxınlaşır

Yoluxma və ölü sayına görə ABŞ liderdir. Burada 13.3 milyon insan yoluxub, 266 min nəfər ölüb. Hindistan 9.39 milyon yoluxma (137 min ölü) sayı ilə ikincidir
Sputnik

BAKI, 29 noyabr - Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 62 milyonu ötüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Cons Hopkins Universitetinin saytı məlumat verir.

Məlumata görə, dünya üzrə indiyədək 62084566 insan SARS-CoV-2 virusuna yoluxub. Koronavirus təsbit olunmuş 1449642 nəfərsə dünyasını dəyişib.

Yoluxma və ölü sayına görə ABŞ liderdir. Burada 13.3 milyon insan yoluxub, 266 min nəfər ölüb. Hindistan 9.39 milyon yoluxma (137 min ölü) sayı ilə ikincidir. 6.29 milyon adamın yoluxduğu Braziliyada isə ölüm göstəricisi daha yüksəkdir - 173 min.

Rusiyada 2.24 milyon (39 mini dünyasını dəyişib), Fransada 2.21 milyon insan (52 mini vəfat edib) yoluxan var.

Yeni tip koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il martın 11-də koronavirus epidemiyasını pandemiya adlandırıb.