RUSİYA

Rusiyada COVID-19 ucbatından 1,1 milyon adam cərimələnib

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, koronavirus pandemiyası başlayandan epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimə olunub.
Sputnik

 

BAKI, 28 noyabr — Sputnik. Rusiyada koronavirus pandemiyası başlayandan epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimə olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirus pandemiyası başlayandan polis əməkdaşları tərəfindən virusun yayılmasına qarşı tətbiq olunan məhdudlaşdırmaları, özünütəcrid rejimini pozan 1,1 milyon şəxs inzibati məsuliyyətə cəlb olunub.

Qeyd olunub ki, vətəndaşlara yazılan cərimələrin miqdarı 1 000 rubldan 15 min rubla qədərdir, indiyə kimi yazılan cərimələrin miqdarı isə 1,7 mlrd. rublu ötüb.