RUSİYA

Qonşu ölkədə bir gündə 500-dən çox adam öldü

Rusiyada bu xəstəliyə yoluxanların sayı 2242633-ə çatıb. Rusiyada pandemiya yayılandan 39068 nəfər COVID-19-dan vəfat edib.
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 27100 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 510 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2242633-ə çatıb. Rusiyada pandemiya yayılandan 39068 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1739470-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 61,6 milyonu keçib, 1,44 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.