QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Diplomatik korpusun nümayəndələri Tərtərdədir - onlara dağıntılar və mərmilər göstərilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini hərbi əməliyyatların gedişi zamanı baş verənlər barədə ətraflı məlumatlandırıb.
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.

Sputnik Azərbaycan xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini hərbi əməliyyatların gedişi zamanı baş verənlər barədə ətraflı məlumatlandırıb.

Diplomatik korpusun nümayəndələri Tərtərdədir - onlara dağıntılar və mərmilər göstərilib

O bildirib ki, sentyabrın 27-dən atəşkəs sazişinin imzalandığı noyabrın 10-na qədər Tərtər şəhərinə 16 277 raket və top, minaatan mərmisi, 21 ədəd isə qadağan olunmuş “Smerç” raketi atılıb.

İcra başçısının sözlərinə görə, həmin hadisələr zamanı 17 dinc sakin dünyasını dəyişib, 63 dinc sakin isə yaralanıb:

"Rayon ərazisində olan 102 ictimai yaşayış binasında 83-ü zərər görüb, 2-si isə tamamilə dağılıb. Ümumilikdə 4 004 ailəyə ziyan dəyib. Həmin ailələrdən isə 271-nin evi tamamilə dağılıb. Hətta bir evə ardıcıl olaraq 7 mərmi düşüb".

Mərmilərin bir qismi və dağıntılar diplomatlara nümayiş etdirilib.

Səfərdə diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.