BAKI, 28 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 114 025 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 41 011 nəfərdir.
Ölkədə son sutka ərzində 18 420, hazırkı dövrə qədər isə ümumilikdə 1 700 654 test aparılıb.