Qərb qonşumuz yenə qapanır - hər şey daha sərt olacaq

Gürcüstanın böyük şəhərlərində komendant saatının da tətbiq olunacağı gözlənilir. Komendant saatı 21:00 – 05:00 aralığında qüvvədə olacaq
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Gürcüstan hökuməti koronavirusla bağlı bu gün yeni məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, qonşu ölkədə restoranlar bağlanacaq, şəhərlərarası və ictimai nəqliyyat fəaliyyəti dayandırılacaq.

Bundan əlavə, Gürcüstanın böyük şəhərlərində komendant saatının da tətbiq olunacağı gözlənilir. Komendant saatı 21:00 – 05:00 aralığında qüvvədə olacaq.

Bundan əlavə, qonşu ölkədə aptek və ərzaqdan başqa, bütün mağazaların fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, Gürcüstanda son sutkada daha 3801 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3200 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib. Ümumilikdə COVID-19-a 118 690 yoluxma faktı təsdiqlənib. Yoluxan şəxslərin 98 781-i sağalıb, 1124-ü isə ölüb.