Ermənistan hökuməti hərbi vəziyyətin ləğvinin əleyhinədir

Hakim "Mənim addımım" partiyasından olan deputatlar isə Ermənistanda hələ təhlükəsizliklə bağlı məsələlərin həll olunmadığını bildiriblər.
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Ermənistan hökuməti bu gün parlamentdə müzakirələr zamanı bu ölkədə hərbi vəziyyətin ləğv olunmasına qarşı çıxıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, "Maariflənmiş Ermənistan" partiyasından olan deputat Qevorq Qorqisyan qeyd edib ki, hərbi vəziyyətin tətbiq olunması üçün artıq əvvəlki əsaslar yoxdur. Müvafiq olaraq da onun partiyası və "Çiçəklənən Ermənistan" hərbi vəziyyətin ləğv olunmasını təklif edir.

Hakim "Mənim addımım" partiyasından olan deputatlar isə Ermənistanda hələ təhlükəsizliklə bağlı məsələlərin həll olunmadığını bildiriblər.

Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət Qarabağ müharibəsi ilə bağlı sentyabrın 27-də elan edilib.