“Tütün məmulatlarının ictimai yerlərdə istifadəsi ilə bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun var. Həmin qanunda harada siqaretdən istifadə oluna biləcəyi göstərilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyib.
“Qanuna istinadən bildirirəm ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır. Pandemiya şəraitində nəzərə alınmalıdır ki, açıq hava məkanlarında – bankomatların qarşısında, dayanacaqlarda, yeraltı və yerüstü keçidlər kimi koronavirus riski daşıyan yerlərdə, harada ki sosial məsafə gözlənilməlidir orada, tütün məmulatlarının istifadəsi qadağandır”, – deyə E.Hacıyev bildirib.
Elşad Hacıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.