BAKI, 26 noyabr — Sputnik. Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu dayandırıb. Bu barədə Sputnik Azərbaycan-a hospitaldan məlumat verilib. Məlumatda bildirilir ki, hospital 20 noyabr 2020-ci il tarixindən etibarən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Burada yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.
Mərkəzi Gömrük Hospitalının planlaşdırma və marketinq şöbəsinin piar mütəxəssisi Dilara Zamanova Sputnik Azərbaycan-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, pasiyentlər də tez-tez zəng edərək bu məlumatın dəqiq olub-olmadığını soruşurlar: "Biz bu məlumatı Hospitalın Facebook səhifəsində də paylaşmışıq".