CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik Qarabağ qazisi üçün ev tikintisini öhdəsinə götürdü

Talıblı bildirib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar.
Sputnik

BAKI, 25 noyabr - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Qarabağ qazisi Elçin Səmədovun ailəsinə ev tikintisini öhdəsinə götürüb.

Məlumatı Sputnik Azərbaycan-a nazirliyin mətbuat katibi Fazil Talıblı verib.

Qurum rəsmisi bildirib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar:

“Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir.

Nazirlik Qarabağ qazisi üçün ev tikintisini öhdəsinə götürdü

Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb.

Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq. Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək”.