BAKI, 25 noyabr - Sputnik. Türkiyə səfirliyi Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan Ordusunu və xalqını ürəkdən təbrik edirik”, - deyə qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.