BAKI, 24 noyabr — Sputnik. Məşhur türk aktyoru Devrim Parscan vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, 83 yaşlı aktyor bu gün dünyasını dəyişib.
Aktyorluq sənətinə teatrla başlayan, sonradan daha çox dublyaj sahəsində tanınan Devrim Parscan "Kurtlar Vadisi", "Bizim Aile", "Çiçek Taksi" və "Kurtuluş", "Kızımı Arıyorum", "Zirvedekiler", "Biz ayrılamayız", "Bir Kadın Yüzü" filmləri daxil olmaqla 100-ə yaxın serial və bədii filmdə rol alıb.
Devrim Parscan tamaşaçıların yaddaşında "Kurtlar Vadisi" serialında "Laz Ziya"nın yardımçısı "Orhan" obrazı ilə qalıb.